Prezidentin gəlininin libası özəl hazırlanıb

   Prezidentin gəlininin libası özəl hazırlanıb
  30 Noyabr 2022    Oxunub:1906
Ötən həftə Prezident İlham Əliyevin oğlu Heydər Əliyev ailə həyatı qurub. Dəbdəbədən uzaq, sadə keçirilən toy mərasimi hamının böyük marağına səbəb olub. Xüsusilə gəlinin sadə gül buketi və libası çoxlarının diqqətini çəkib.
Gəlinliyin “Vegul”da hazırlanması barədə artıq məlumatlar paylaşılıb. Bu haqda moda evi “Instagram” hesabında paylaşım edərək, ailəyə onları seçdiyi üçün təşəkkürünü bildirib.

Moda evindən AzVision.az -a bildirilib ki, libas gəlinə özəl olaraq hazırlanıb.

Çiçək isə “Ağ çiçəyim” gül salonundandır. Bu haqda salonun sosial şəbəkə hesabında məlumat verilib.

Qeyd edək ki, Heydər Əliyevin ailə həyatı qurması barədə məlumatı Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında paylaşıb. "Dünən ailə üzvləri və doğmalarımızla oğlumuz Heydərin toyunu qeyd etdik. Xoşbəxtəm ki, artıq bizim üç qızımız var! Bütün valideynlər kimi biz də oğlumuza ailə səadəti arzulayırıq! Uca Allah gənc ailəyə yar olsun, bir-birinə olan Sevgi və Hörməti bir ömür boyu qorumağa kömək etsin! Xoşbəxt olun", - deyə Mehriban Əliyeva paylaşımında bildirmişdi.

Aytən Zəhra
AzVision.az



Teqlər: Prezident   Toy   Libas   Gəlin  





Xəbər lenti