"ABŞ-ın terrora dəstəyi göz qabağındadır" - Çavuşoğlu

   "ABŞ-ın terrora dəstəyi göz qabağındadır" -    Çavuşoğlu
  30 Noyabr 2022    Oxunub:535
"İsveç və Finlandiya bəzi müsbət addımlar atır. Amma biz onlardan daha konkret addımlar gözləyirik, xüsusən də terrorla bağlı. Mən NATO Xarici İşlər Nazirləri Toplantısında dedim ki, onlardan heç bir konkret addım görmədik".
AzVision.az xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Xarici İşlər Nazirləri Toplantısında deyib.

"Təkcə İsveç və Finlandiya deyil. Bizə digər NATO ölkələrini də nümunə göstərirlər. Onlar haqlıdırlar. Meydanda mübarizədə biz bacarıqlı dövlətik, bunun öhdəsindən gələcəyik.

Başda ABŞ olmaqla bəzi müttəfiqlərin Suriyadakı terror təşkilatlarına dəstəyi göz qabağındadır. Bu dəstəklərə son qoymalıdırlar.

Lazımi cavabları vermişik. Biz müttəfiqlərimizdən dəstək gözləyirik. Terrorçuları qurban kimi göstərən bəyanatları eşitmək istəmirik",- Çavuşoğlu bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti