Milli Observatoriya ilə UNEC arasında memorandum imzaladı

Milli Observatoriya ilə UNEC arasında memorandum imzaladı
  30 Noyabr 2022    Oxunub:567
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
AzVision.az xəbər verir ki, sənədi Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Elnur Səfərli və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov imzalayıblar.

E.Səfərli əmək və məşğulluq, sosial müdafiə sahələri üzrə beyin mərkəzi olan Milli Observatoriyanın Nazirliyin təlim bazası rolunu oynadığını qeyd edib.

Bildirilib ki, Observatoriya təhlil və tədqiqat mərkəzi kimi sosial sahədə müxtəlif mövzuları araşdırır. Memorandum çərçivəsində Milli Observatoriyanın rəhbər şəxsləri və mütəxəssisləri tərəfindən universitet tələbələri üçün müvafiq sahədə müxtəlif istiqamətlər üzrə “ustad dərsləri” və mühazirələrin təşkili nəzərdə tutulur.

Ə.Muradov tələbələrin iş mühitinə adaptasiya olunmasında, sosial sahənin araşdırılmasında əldə edəcəkləri təcrübənin onların əmək bazarına inteqrasiyasında gərəkli olduğunu, ali təhsil ocağının Milli Observatoriya ilə əməkdaşlığının önəmini diqqətə çatdırıb.

Memorandumda universitet məzunlarının əmək bazarına adaptasiyası və bu sahədə mövcud vəziyyətin təhlili istqiamətində birgə işlər görülməsi də əksini tapir.

Həmçinin sənəddə gənclər arasında müvafiq sahədə ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətin təşviqi, eləcə də bu sahədə ictimai iştirakçılıq sisteminin tətbiqi ilə bağlı tədbirlərin görülməsində əməkdaşlıq edilməsi, birgə elmi-praktik və kütləvi nəşrlərin hazırlanması və s. nəzərdə tutulur.







AzVision.az


Teqlər:





Xəbər lenti