Sumqayıtda şəhid plakatı oğurlanıb - VİDEO

   Sumqayıtda şəhid plakatı oğurlanıb -     VİDEO
  30 Noyabr 2022    Oxunub:669
Sumqayıtda şəhid plakatı basdırıldığı yerdən götürülüb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, hadisə noyabrın 29-u gecə saatlarında baş verib. 4 naməlum şəxs 1-ci mikrorayon ərazisində Vətən müharibəsi şəhidi Rahib Babayevin xatirəsinə quraşdırılmış plakatı oğurlayıblar. Şəhidin həyat yoldaşı bununla bağlı polis orqanlarına müraciət edib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisə barədə məlumatlıdırlar.

"Baş verən hadisə araşdırılır", - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru olan Rahib Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. "Canavar" postunun alınmasında iştirak edib və sentyabrın 30-da həlak olub. Oktyabrın 2-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.



AzVision.az


Teqlər:





Xəbər lenti