Bu əcnəbilərə iş icazəsinin alınması tələb olunmayacaq
30 Noyabr 2022
Oxunub:348
Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmayan halların siyahısı artırılır.
Bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik təklif edilir. Dəyişikliklə Ələt iqtisadi zonasının səlahiyyətli qurumunun, inzibati müəssisələrinin və hüquqi şəxslərinin Ələt iqtisadi zonasının ərazisində işə cəlb etdiyi şəxslərə, habelə bu hüquqi şəxslərin təsisçilərinə iş icazəsinin alınması tələb olunmayacaq.