Leyen Ukraynanın itkiləri ilə bağlı videonu sildi - VİDEO

   Leyen Ukraynanın itkiləri ilə bağlı videonu sildi -    VİDEO
  30 Noyabr 2022    Oxunub:861
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin 100 min Ukrayna əsgərinin həlak olması ilə bağlı çıxış etdiyi video şəxsi Twitter hesabından yoxa çıxıb.
Avropa Komissiyası da video və stenoqramdan Ukrayna Silahlı Qüvvələrinin itkiləri ilə bağlı məlumatları silib.

Videonun tam versiyası noyabrın 30-da internetdə yerləşdirilib. Videoda Leyen xüsusi əməliyyat başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin ölən şəxsi heyətinin sayının yüz min nəfəri keçdiyini bildirib.

Video çıxışın o hissəsi çıxarıldıqdan sonra yenidən paylaşılıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti