Vayra Vike-Freyberqa Prezidentin fəxri diplomu ilə təltif edilib

   Vayra Vike-Freyberqa Prezidentin fəxri diplomu ilə təltif edilib
  30 Noyabr 2022    Oxunub:475
Azərbaycan Respublikasının beynəlxalq müstəvidə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Vayra Vike-Freyberqa “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
AzVision.az -ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, sabah Latviyanın ikinci Prezidenti (1999-2007) Vayra Vike-Freyberqanın 85 yaşı tamam olur. O, Şərqi Avropada ilk qadın Prezidentdir.

AzVision.az



Teqlər:





Xəbər lenti