İndoneziya 100 adanı satır

   İndoneziya 100 adanı satır
  01 Dekabr 2022    Oxunub:937
İndoneziya hökuməti yüzdən çox kiçik adanın daxil olduğu arxipelağı hərraca çıxarmaq niyyətindədir.
Mərcan üçbucağında yerləşən Vidi arxipelağı dekabrın 8-dən 14-dək Nyu-Yorkda hərraca çıxarılacaq. Arxipelağın tərkibinə daxil olan adaların ümumi sahəsi 10 hektara yaxındır.

İndoneziya qanunlarına görə, xarici vətəndaşlar ölkədə adalar ala bilməzlər, lakin gələcək sahibinin yerli holdinqdə pay almaq imkanı var. Hərracda iştirak etmək istəyənlərdən niyyətlərinin ciddiliyinin sübutu kimi 100 000 ABŞ dolları məbləğində depozit ödəmələri tələb olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti