İranda hərbi polis 6 yaşlı uşağı güllələyib

 İranda hərbi polis 6 yaşlı uşağı güllələyib
  01 Dekabr 2022    Oxunub:887
İranın İsfahan əyalətinin Məlekşəhr şəhərində öz evlərinin eyivanında oynayarkən İran hakimiyyətinin hərbi-polis qüvvələrinin açdığı atəş nəticəsində 6 yaşlı Beyta Kiyani bir gözünü itirib.
AzVision.az xəbər verir ki, məlumatı “Azad İran” teleqram kanalı yayıb. Bildirilib ki, qızcığaz eyvanda oynayarkən hərbi-polis qüvvələri onların evi istiqamətində atəş açıb. Güllə 6 yaşlı Beyta Kiyaninin gözünə dəyib. Onun həmin gözünü amputasiya ediblər.

Hadisədən təsirlənən ailə üzvləri və sakinlər bildirib ki, evlərində də rahatlıqları yoxdur.

Qeyd edək ki, sentyabrın 17-dən davam edən aksiyalarının qarşısını almaq üçün Tehran hakimiyyətinin hərbi-polis qüvvələrinin açdığı atəş nəticəsində 455 etirazçı ölüb. Onların 60-dan çoxunun uşaq olduğu bildirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti