Zukerberq “Apple”i birtərəfli nəzarətdə ittiham etdi

   Zukerberq “Apple”i birtərəfli nəzarətdə ittiham etdi
  01 Dekabr 2022    Oxunub:495
Meta İT Korporasiyasının baş direktoru Mark Zukerberq istifadəçilərə və tərtibatçılara platforma sahibinin müəyyən etdiyi ciddi məhdudiyyətlərdən kənara çıxmağa imkan verməməsinə görə "Apple"i İOS və "AppStore"a sərt və birtərəfli nəzarətdə ittiham edib.
AzVision.az xəbər verir ki, bu barədə milyarder "DealBook Summit" konfransında çıxışı zamanı deyib.

"Mövcud olan əsas hesablama platformalarına baxın: Windows, Android, iOS.
"Apple" bir şirkətin istifadəçinin cihazında hansı proqramların ola biləcəyinə qərar verən yeganə platforma kimi fərqlənir", Zukerberq əlavə edib.

Meta rəhbərinin sözlərinə görə, belə siyasət təkcə istifadəçilərə deyil, həm də “Apple” ilə əməkdaşlıq edən proqram tərtibatçılarına ziyan vurur. Zukerberq hesab edir ki, sərt nəzarət sayəsində "Apple" mobil ekosistemində qazancın böyük əksəriyyəti tərtibatçılara deyil, İT nəhənginə gedir.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti