"Baxmut ruslar üçün tələyə çevrilib" - Müharibə Araşdırmaları İnstitutu

   "Baxmut ruslar üçün tələyə çevrilib" -    Müharibə Araşdırmaları İnstitutu
  01 Dekabr 2022    Oxunub:405
Ukraynanın strateji cəhətdən mühüm şəhərlərindən olan Baxmut uğrunda qanlı döyüşlər davam edir. Ukrayna Silahlı Qüvvələri ruslara uğurlu şəkildə cavab verir və onlar ümidsiz şəkildə uğur qazanmağa çalışırlar. Lakin işğalçılar yenidən tələyə düşdüklərinin fərqində deyillər.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında məlumat verilib.

İnstitutun analitikləri Baxmut uğrunda davam edən belə uzun və şiddətli döyüşlərin əhəmiyyətini xüsusi olaraq vurğulayıblar. Təhlilçilərin fikrincə, ruslar hələ də keçmiş səhvlərindən nəticə çıxarmırlar.

"Rusların "Baxmut uğurlar"ı real deyil" - Müharibə Araşdırmaları İnstitutu
"Moskvanın Baxmut ətrafında sərgilədiyi hücum səyləri göstərir ki, Rusiya qüvvələri əvvəlki məhdud əməliyyatları və ya strateji əhəmiyyətə malik hədəflərə yönəlmiş yüksək itkilərlə nəticələnən kampaniyalarından əsaslı şəkildə nəticə çıxara bilməyib. Mayın sonundan bəri rus qoşunları davamlı olaraq Baxmut ətrafındakı kiçik yaşayış məntəqələrinə döyüş qüvvələrini, gücünü sərf edir. Altı ay ərzində isə onlar cəmi bir neçə kilometr irərliləyiş əldə ediblər”, - ekspertlər yazıblar.

Əməliyyatların bu modeli müharibənin əvvəlində rusların Severodonetsk və Lisiçanski ələ keçirmək cəhdlərini çox xatırladır.

ISW hesabatında həmçinin onu da qeyd edib ki, Baxmuta hücum cəhdləri yalnız Rusiya ordusunun canlı qüvvə və texnikasının tükənməsinə gətirib çıxarıb. Bu səbəbdən də, rus qoşunları tez-tez kiçik şəhərlərdə tələyə düşürlər.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ukrayna   Rusiya   Baxmut   Qoşun  







Xəbər lenti