"Putin İrəvanın "Dvin" otelində Arayiklə görüşüb" - Joğovurd

   "Putin İrəvanın "Dvin" otelində Arayiklə görüşüb" -    Joğovurd
  01 Dekabr 2022    Oxunub:740
Ermənistanın məşhur nəşrlərindən olan “Joğovurd” diqqət çəkən xəbər yayıb. Qəzet yazıb ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 23-də Ermənistanda olarkən separatçıların rəhbəri Arayik Arutyunyan onunla görüşüb.
“Joğovurd” məlumatlı mənbələrə istinad edib. Görüş “Dvin” otelində baş tutub.

"Putin Paşinyanla ayrıca görüşməyi planlaşdırır" - Peskov
"Bu isə o deməkdir ki, Rusiya Federasiyası Arayik Arutyunyanı Vladimir Putin səviyyəsində Qarabağın "rəhbəri" (Qarabağda yaşayan ermənilərin-red.) kimi qəbul edir və ona güvənir. Baxmayaraq ki, bölgənin Ruben Vardanyanın simasında yeni "dövlət naziri" var, Putin Arayikə inanır. Əldə etdiyimiz məlumata görə, görüş Vladimir Putin-Araik Arutyunyan formatında baş tutub". - nəşr heç bir rəsmi fakta söykənməyən iddia ilə çıxış edib.

Qəzetin əməkdaşı bu məlumatın dəqiqliyini yoxlamaq və əlavə təfərrüatları öyrənmək üçün Arayikin "iqamətgahı" ilə əlaqə saxlayıb. Separatçılar görüş xəbərini kəskin qəti şəkildə təkzib ediblər.

“Həmin günlərdə Arayik Arutyuyan Qarabağda olub. Sizin xəbəriniz doğru deyil, belə bir görüş baş tutmayıb", - Qondarma iqamətgahdan bildiriblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   İrəvan   Görüş   Ermənistan  





Xəbər lenti