Hindistanın Ermənistana göndərdiyi səfirlə bağlı maraqlı detal – FOTOLAR

   Hindistanın Ermənistana göndərdiyi səfirlə bağlı maraqlı detal –    FOTOLAR
  18 Yanvar 2023    Oxunub:3004
Hindistanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmiş Nilakşi Saha Sinha ilə bağlı maraqlı detal üzə çıxıb. Məlum olub ki, o, əvvəllər rəsmi görüşlərdə fransız dili tərcüməçisi kimi çıxış edib və... Emmanuel Makronu şəxsən tanıyır.

Ümumilikdə isə yüksək rütbəli dövlət qulluqçusu sayılan xanım Nilakşi 15 dil bilir və Hindistanın baş naziri Narendra Modinin komandasında yer almış etibarlı tərcüməçi-referentlərdən biri olub.

Belə bir kadrı Ermənistana səfir göndərmək rəsmi Delhinin İrəvanla ciddi işlər görmək niyyətindən xəbər verir.


İstisna deyil ki, məhz Fransa üzrə ixtisaslaşmış güclü mütəxəssisi İrəvana səfir göndərməklə Hindistan Ermənistanla əlaqələr istiqamətində Fransa ilə işbirliyini gücləndirmək istəyir.

Hans Kloss
AzVision.az üçün



Teqlər: Hindistan  





Xəbər lenti