"Heydər Əliyev ili" çərçivəsində Əfv sərəncamı olacaq

  "Heydər Əliyev ili" çərçivəsində Əfv sərəncamı olacaq
  23 Yanvar 2023    Oxunub:723
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları may ayına qədər davam edəcək.
Bunu AzVision.az -a açıqlamasında Komissiyanın üzvü Əliməmməd Nuriyev deyib. O bildirib ki, 2023-cü il Ulu öndər, keçmiş prezident Heydər Əliyevin 100 illik yubileyidir və Prezident İlham Əliyev tərəfindən bu il "Heydər Əliyev ili" elan edilib.

"May ayında Əfv sərəncamının olması gözlənilir. Bu, "Heydər Əliyev ili" çərçivəsində görüləcək tədbirlər siyahısındadır. Son qərar cənab Prezident tərəfindən veriləcək".

Qeyd edək ki, 2023-cü ildə Əfv Komissiyasının iki iclası keçirilib. Sabah, yanvarın 24-də növbəti iclas keçiriləcək. Bu günə qədər Komissiyada 200-dən çox şəxsin müraciətinə baxılıb.

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti