İranda anti-Azərbaycan toplantısı - Bakı "qaniçən düşmən" adlandırıldı

İranda anti-Azərbaycan toplantısı -    Bakı "qaniçən düşmən" adlandırıldı
  23 Yanvar 2023    Oxunub:669
Tehranın Müqəddəs Sarkis kilsəsində Qarabağdakı qondarma rejim və ümumilikdə Azərbaycanın bu bölgəsində yaşayan ermənilərə dəstək toplantısı keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin Tehran yeparxiyasının saytı məlumat yayıb.

"Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir" - İran səfiri
Qeyd edilir ki, yeparxiyanın rəhbəri, arxiyepiskop Sepuh Sarkisyan toplantıda sərsəm fikirlər səsləndirərək Azərbaycanı "qaniçən düşmən" adlandırıb: “Bu gün Qarabağ yaralı vəziyyətinə görə tez-tez "qaniçən düşmən"in təxribatlarına məruz qalır. Onlar Qarabağı öz hakimiyyətinə tabe etmək arzusundadırlar”, - Sarkisyan Tehrandakı təxribatçı çıxışında deyib.

Onun sözlərinə görə, bu gün separatçılar həm diasporda, həm də Ermənistanın özündə yaşayan soydaşlarına ümidlə baxırlar. Onlardan əlavə güc, dəstək, mübarizə, eləcə də mövcud tələbləri irəli aparmaq üçün ruhlandırıcı öhdəlik gözləyirlər.

O sonda erməniləri separatçılara dəstək üçün kütləvi aksiyada iştirak etməyə çağırıb. Təxribat xarakterli mitinq isə yanvarın 27-si saat 11:30- da Müqəddəs Sarkis Kilsəsində olacaq.
Tural Tağıyev
AzVision.az

Teqlər:   İran   Kilsə   Qarabağ  







Xəbər lenti