Hərbi prokurorluğun 7 işçisi cəzalandırılıb

Hərbi prokurorluğun 7 işçisi cəzalandırılıb
  23 Yanvar 2023    Oxunub:736
Ötən il 7 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub.
AzVision.az xəbər verir ki, bu, Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələrinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında bildirilib.

Hərbi Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılıb, bu sahədə aşkar olunan hər hansı nöqsan və pozuntuya qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq tədbirlərin görülməsi təmin edilib. Belə ki, 2022-ci ildə 7 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti