Səddamın yaxtasını elmi mərkəzə çevirdilər

   Səddamın yaxtasını elmi mərkəzə çevirdilər
  23 Yanvar 2023    Oxunub:909
İraqın devrilmiş lideri Səddam Hüseynin istəyi ilə Danimarkada xüsusi dizaynla hazırlanan axta bu gün lövbər saldığı Bəsrə şəhərində dəniz elmi tədqiqat mərkəzi kimi istifadə olunur.
Səddamın adını daşımasına baxmayaraq, o bir dəfə olsun həmin yaxtaya ayaq basmayıb. Yaxtanın tikintisi 1980-ci ildə Danimarkada başlanılıb və bir il sonra tamamlansa da 8 illik İraq-İran və sonra Körfəz müharibəsi səbəbindən ölkəyə gətirilə bilməyib. Yaxta daha sonra Səddam Hüseyn tərəfindən Səudiyyə Ərəbistanının o zamankı kralı Fəhd Bin Əbdüləziz Əl-Səuda hədiyyə edilib.

Heyranedici yaxta o zamanlar “Kadisiye Yaxtası” adlandırılsa da, hazırda “Basra Breeze Yaxtası” kimi tanınır.



Çox qiymətli mebellərlə təchiz olunmuş yaxta 18 otaq 4 mərtəbədən ibarətdir. 82 metr uzunluğunda olan yaxtada hətta bərbərxana, kimyəvi təmizləmə və ilk yardım otağı da var.



Səddamın ölkəyə gətdirdə bilmədiyi yaxta yalnız 2010-cu ildə İraqın Bəsrə şəhərinə gətirilib. Dövrün nəqliyyat naziri Əmir Əbdüccəbər bu yaxtanı Səddamın xüsusi məqsədləri üçün tikdirdiyini deyib. Əmlak dövlətin malı olduğu üçün ölkəyə qaytarılıb.



Yaxta ilə ilk dəfə 2015-ci ildə iraqlı və alman alimlərin hazırladığı layihə çərçivəsində ilk dəniz kəşfiyyatı turu həyata keçirilib. Bu gün Dəclə və Fərat çaylarının qovuşduğu Şattularap üzərində dayanan gəmi Bəsrə Universitetinin Dəniz Elmləri İnstitutunun Elmi Araşdırma Mərkəzi kimi istifadə olunur. Ölkəyə gələn xarici turistlər, eyni zamanda yerli vətəndaşlar da yaxtaya baxa bilərlər.







AzVision.az


Teqlər:





Xəbər lenti