Lavrov: "Qərblə Rusiya arasında müharibə hibrid deyil, realdır"

      Lavrov:    "Qərblə Rusiya arasında müharibə hibrid deyil, realdır"
  23 Yanvar 2023    Oxunub:353
Ukraynada baş verənlər artıq hibrid deyil, Qərblə Rusiya arasında əsl müharibədir.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

“Baş verənlərdən danışarkən, biz bunun artıq hibrid deyil, Qərbin əsrlər boyu Rusiyaya qarşı hazırladığı, Ukraynada insanları öz dilində danışmağı qadağan etdiyi, rus dilindən tutmuş mədəniyyətə qədər hər şeyi məhv etməyə çalışdığı real müharibə olduğunu qeyd edirik".

Lavrov qeyd edib ki, sülhün bərqərar olması şüarı ilə seçilən Ukraynanın keçmiş prezidenti Petro Poroşenko və hazırkı prezidenti Volodimir Zelenski seçildikdən dərhal sonra müharibənin liderlərinə -rusofoblara çevrildilər".

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri xatırladıb ki, Ukrayna rus dilində təhsili, KİV-i, hətta faktiki olaraq gündəlik həyatda rus dilindən istifadəni qadağan edən qanunlar qəbul edib.

AzVision.az

Teqlər:







Xəbər lenti