Nazirliyin satışa çıxardığı evlərin 1106-sı bron edilib

Nazirliyin satışa çıxardığı evlərin 1106-sı bron edilib
  23 Yanvar 2023    Oxunub:712
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün saat 10:00-dan ms.sosial.gov.az portalı üzərindən onlayn satışına başlanan 1662 mənzildən artıq 1106-sı bron edilib.
Bu barədə AzVision.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Onlayn satışa başlandıqdan 24 saniyə sonra ilk mənzil bron edilib. Mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarındadır. Qeyd edək ki, şəxs mənzili bron etdikdən sonra

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən onunla aidiyyəti üzrə ətraflı məlumat verilməsi üçün əlaqə saxlanılacaq;
Vətəndaş tərəfindən mənzilin dəyəri tam ödənilərək notarial alqı-satqı müqaviləsi imzalanacaq;
Alqı-satqı prosesi bitdikdən sonra mənzil həmin vətəndaşın mülkiyyətinə veriləcək.

Satışa çıxarılan bütün mənzillər çıxarışlı və tam təmirlidir, istifadə olunmayıb və onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar. Mənzillərin qiyməti də müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib. Hər kəs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər. Qeyd edək ki, mənzillərin portal üzərindən satışı bu il iyulun 1-dək davam edəcək.

Yayımlanmış videotəlimatda (https://www.youtube.com/watch?v=FdY-CV9RwIw ) portaldan istifadə etməklə mənzilin onlayn qaydada alınması və satışı qaydası barədə ətraflı məlumat əldə etmək olar.

AzVision.az


Teqlər:





Xəbər lenti