Rusiyanın neft ixracı ötən həftə 22% azalıb

   Rusiyanın neft ixracı ötən həftə 22% azalıb
  23 Yanvar 2023    Oxunub:434
Son bir həftə ərzində Rusiya neftinin xarici ölkələrə tədarükü kəskin şəkildə azalıb. Azalma 22% təşkil edərək sutkada 2,98 milyon barel olub.
Bu barədə “Bloomberg” gəmilərin monitorinqinin statistikasına istinadən xəbər verir.
Qeyd olunub ki, Rusiya neftinin dəniz yolu ilə ixracı əvvəlki yeddi gündə kəskin artımdan sonra keçən həftə azalıb. Yanvarın 20-nə olan məlumata görə, ümumi tədarük həcmi sutkada 820 min barel və ya 22% azalaraq 2,98 mln barel olub.

Arktika və Qara dəniz ixracı da bir qədər azalıb. Eyni zamanda, Baltik dənizi limanlarından tədarüklər sabit səviyyədə qalıb. Son bir həftə ərzində daşınmaların azalmasına baxmayaraq, ümumilikdə, Rusiya neftinin tədarükü 2022-ci ilin ikinci yarısının əksər hissəsində müşahidə olunan səviyyədə qalır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:







Xəbər lenti