Britaniyada sığınacaq istəyən 200 uşaq itkin düşüb

   Britaniyada sığınacaq istəyən    200 uşaq itkin düşüb
  23 Yanvar 2023    Oxunub:698
Britaniya daxili işlər nazirinin müavini Saymon Myurrey Lordlar Palatasında etiraf edib ki, sığınacaq axtaran 200 uşaq otellərdə məskunlaşdıqdan sonra Britaniya daxilində itkin düşüb.
Bu barədə “Guardian” qəzeti yazıb. DİN rəsmisi bildirib ki, itkin düşən 200 uşağın 88%-i (176) alban əsillidir və onların əksəriyyəti Britaniyaya qayıqlarda valideynsiz gəlib. Onun sözlərinə görə, hazırda nazirliyin tabeliyində olan mehmanxanalara yerləşdirildikdən sonra ən azı bir qız və 16 yaşına çatmamış daha 13 uşaq itkin düşüb:

“Daxili İşlər Nazirliyinin sığınacaq istəyən uşaqları müşayiətsiz bu otellərdə saxlamaq səlahiyyəti yoxdur. Onların bəzilərinin itkin düşdüyünü bilirik və hazırda onların axtarışı aparılır”.

“The Observer” Britaniya Daxili İşlər Nazirliyinin idarə etdiyi oteldə çalışan mənbəyə istinadən yazıb ki, bəzi qaçqın uşaqlar otelin qarşısından avtomobillərə mindirilərək qaçırılıb.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər:







Xəbər lenti