Ermənistanda 6 hərbçi həbs edildi

  Ermənistanda  6 hərbçi həbs edildi
  24 Yanvar 2023    Oxunub:634
2022-ci ilin sentyabr Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi əməliyyatlarla bağlı cinayət işi üzrə 6 erməni hərbçi həbs edilib
AzVision.az "Sputnika Armeniya"ya istinadən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin nəzarət şöbəsinin rəisi Perç Ayvazyan deyib. O bildirib ki, istintaqa cəlb olunan 11 erməni əsgərinin 6-nın cinayət işləri üzrə istintaq yekunlaşıb və ittiham aktı ilə məhkəməyə göndərilib. Qalan 5 hərbçi üzrə ibtidai istintaq davam edir.

Ayvazyanın sözlərinə görə, ittihamlar əsasən döyüş zamanı xidməti vəzifələrini yerinə yetirməmək, xidmət yerinə vaxtında gəlməmək, hərbi xidmət qaydalarının pozulması ilə bağlıdır.

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti