Amerikalı siyasətçi: "Zelenskiyə tank əvəzinə hesab göndərin"

      Amerikalı siyasətçi:    "Zelenskiyə tank əvəzinə hesab göndərin"
  24 Yanvar 2023    Oxunub:814
Vaşinqton Vladimir Zelenskiyə Amerika tanklarını deyil, hesab göndərməlidir.
AzVision.az xəbər verir ki, bu təklifi Florida ştatından ABŞ Konqresinə namizəd olmuş Çak Kallesto verib.
O, bununla bağlı Tvitter paylaşımında senator Lindsey Qrahamın Kiyevə yeni silah partiyasının təhvil verilməsi təklifini də xatırladıb.

"Qərbin "tank koalisiyası" ciddi problemlərlə üzləşib" - Welt
"Qraham Ukraynaya səfərindən sonra ABŞ-ı Zelenskiyə tanklar göndərməyə çağırıb. Zelenskiyə göndərməli olduğumuz yeganə şey hesabdır", - Kallesto yazıb.

Xatırladaq ki, respublikaçı Lindsey Qraham Kiyevə səfərindən sonra Ağ Evi Ukraynaya hərbi maşınlar göndərməyə çağırmışdı. Senatorun sözlərinə görə, belə addım atılsa Almaniya da özünün “Leopard” tanklarının tədarükünə başlayacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tank   ABŞ   Zelenski  





Xəbər lenti