Naxçıvanda qanunsuz silahlar götürüldü

   Naxçıvanda qanunsuz silahlar götürüldü
  24 Yanvar 2023    Oxunub:687
Naxçıvan Muxtar Respublikası daxili işlər orqanları əhalidə qanunsuz saxlanılan odlu silahların müəyyənləşdirilərək götürülməsi sahəsində təxirəsalınmaz tədbirlər görür.
AzVision.az xəbər verir ki, bu tədbirlərin davamı olaraq Culfa RPŞ-in əməkdaşları Culfa Rayon Xoşkeşin kənd sakini Xəlilzadə İslam Həbib oğlundan 1 ədəd JP-18 markalı 28 mm-lik ov tüfəngi, Kəngərli RPŞ-in əməkdaşları Qıvraq qəsəbə sakini Məmmədov Qalib Zeynalabdin oğlundan 1 ədəd Teksan-S-870 markalı 16 mm-lik ov tüfəngi və Şahbuz RPŞ-in əməkdaşları Şahbuz Rayon Daylaqlı kənd sakini Məmmədli Tural Allahqulu oğlundan F-99 markalı 9 mm -lik qaz tapançası aşkarlayaraq götürüblər.

Faktlarla bağlı daxili işlər orqanlarının aidiyyəti xidmətləri üzrə araşdırmalar aparılır.

AzVision.az




Teqlər:





Xəbər lenti