CNN: "Keçmiş vitse-prezidentin evində gizli sənədlər tapılıb"

      CNN:  "Keçmiş vitse-prezidentin evində gizli sənədlər tapılıb"
  24 Yanvar 2023    Oxunub:1032
ABŞ-ın keçmiş vitse-prezidenti Maykl Pensin Karmel şəhərindəki evində məxfi sənədlər tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Sənədlərin məzmunu barədə məlumat verilməyib. Lakin onların ABŞ-ın Federal Araşdırmalar Bürosuna verildiyi deyilir. Hazırda materialların qiymətləndirilməsi və onların Pensin evinə necə gedib çıxması araşdırılır.

CNN-in məlumatına görə, vitse-prezident “heç bir məxfi sənədə malik olmadığını dəfələrlə bəyan edib”.

Kanal həmçinin onu da qeyd edib ki, keçmiş vitse-prezidentin nümayəndələri gizli sənədlərin aşkarlanması barədə qısa müddət ərzində ABŞ Konqresinə məlumat vermək niyyətindədirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti