Berlin Avropanın Rusiyaya qarşı müharibə apardığını etiraf etdi

   Berlin Avropanın Rusiyaya qarşı müharibə apardığını etiraf etdi
  24 Yanvar 2023    Oxunub:731
Almaniya və digər Avropa ölkələri Rusiyaya qarşı müharibə aparır.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Almaniyanın xarici işlər naziri Annalena Berbok Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı deyib.

Bloomberg: "Berlin sabah Kiyevə "Leopard"ların göndərilməsinə icazə verə bilər"
Berbok Ukraynaya tank tədarükü ilə bağlı davam edən mübahisələrə işarə edərək qeyd edib ki, "Biz bir-birimizə deyil, Rusiyaya qarşı müharibə aparırırıq".

Almaniyalı nazir belə hesab edib ki, tankların tədarükü məsələsini daha çox qabartmaq lazımdır. Lakin bununla yanaşı, Avropa ölkələri də birliyini qorumalıdır. "Ən vacibi odur ki, bunu birlikdə edirik və günahı bir-birimizin üzərinə atmayaq" - nazir qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tank   Almaniya  





Xəbər lenti