Moskva Qırğızıstanda 9 rus məktəbi tikir

Moskva Qırğızıstanda  9  rus məktəbi tikir
  24 Yanvar 2023    Oxunub:421
Qırğızıstan hökuməti ölkədə rus dilində tədris aparacaq 9 məktəbin tikiləcəyi yerləri artıq müəyyən edib. Onlar Rusiyanın vəsaiti hesabına ərsəyə gələcək.
AzVision.az xəbər verir ki, bu barədə təhsil və elm naziri Ulanbek Mambetakunov Qırğızıstan parlamentinin sosial siyasət komitəsinin iclasında çıxışı zamanı deyib.

Məktəblər Rusiya təhsil standartlarına cavab verəcək məktəblər paytaxt Bişkekdə, həmçinin Çuy, Oş, İssık-Kul, Cəlal-Abad, Talas, Batken və Narında tikiləcək.

Nazir əlavə edib ki, hər bir məktəbin tikintisinin orta dəyəri təxminən 450 milyon rubl qiymətləndirilir və onların hamısının ərsəyə gəlməsinə təxminən üç il vaxt lazımdır.

Lakin tikintini hansı ölkənin şirkətlərinin üzərinə götürəcəyi hələlik məlum deyil. Ulanbek Mambetakunov qeyd edib ki, bunlar həm Qırğızıstan, həm də Rusiya şirkətləri ola bilər.

Tural Tağıyev
AzVision.az

Teqlər: Rusiya   Məktəb   Qırğızıstan  







Xəbər lenti