Səfirliyə hücum edən İran vətəndaşıdır - YENİ DETALLAR

 Səfirliyə hücum edən İran vətəndaşıdır -  YENİ DETALLAR
  27 Yanvar 2023    Oxunub:1172
Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən 50 yaşlı kişi olub.
AzVision.az xəbər verir ki, İran vətəndaşı Yasin Hüseynzadə “KIA Pride” markalı maşınla səfirliyin inzibati binasının yanına gəlib. Bu zaman onun yanında 7 yaşlı oğlan və 14 yaşlı qız övladları olub.

O, binaya daxil olan kimi atəş açıb. Səfirliyin mühafizə xidmətinin rəisi hadisə zamanı silahsız olub.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti