"Səfirliklərimizə qarşı hücuma son qoyulmalıdır" - Səfir

   "Səfirliklərimizə qarşı hücuma son qoyulmalıdır" -    Səfir
  27 Yanvar 2023    Oxunub:855
“Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı mənfur hücumlara son qoyulmalıdır”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov tviterdə yazıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti