BMT Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

 BMT Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib
  27 Yanvar 2023    Oxunub:662
BMT Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyir
AzVision.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik mıkumst verib. O bildirib ki, hadisəyə görə məsuliyyət daşıyanlarln cəzalandırılmalıdır:

Biz Azərbaycan səfirliyinə hücumu pisləyirik, nəticədə bir nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Mərhumun ailəsinə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, - deyə o bildirib.

Xatırladaq ki , bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb. Hücum edən şəxs saxlanılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti