SEPAH qərargahı partladılıb

   SEPAH qərargahı partladılıb
  30 Yanvar 2023    Oxunub:844
Suriya-İraq sərhədindəki Əlbu-Kamal bölgəsində iranyönlü silahlı qruplaşmalara məxsus 25 yük avtomobili hücuma məruz qalıb.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bəzi mənbələr isə İranın Mahabad və Ban şəhərlərində yeni partlayışların baş verdiyini yazırlar.

Erməni iranşünas "şirin quyruğu" ndan danışdı
Bildirilir ki, İran Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri gecə saatlarında havaya qaldırılıb. Hətta İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahının da partladılması barədə məlumatlar yayılıb. Amma rəsmi Tehran hələlik bu xəbəri təsdiqləməyib.

Xatırladaq ki, yanvarın 28-nə keçən gecə xeyli sayda pilotsuz təyyarə İranın müxtəlif şəhərlərində bir sıra hərbi və infrastruktur obyektlərinə hücumlar edib.

Xüsusilə, sursat zavodu, motor yağı istehsal edən zavodda güclü partlayışlar olub və Dizfuldakı aviabazada, Həmədan və Rəştdə yanğınlar baş verib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Partlayış  





Xəbər lenti