Rusların yüksək rütbəli desant komandiri öldürülüb

Rusların yüksək rütbəli desant komandiri öldürülüb
  30 Yanvar 2023    Oxunub:854
Ukraynada daha bir yüksək rütbəli Rusiya hərbçisi öldürülüb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd edilir ki, öldürlən şəxs sıradan bir zabit olmayıb, desant qüvvələrinin komandiri imiş.

"Ukrayna əsgərləri “dünyanın ikinci ordusu”nu sıradan çıxarmaqda davam edir. Bu dəfə Rusiya Federasiyasının ən yaxşı desantçısı Aleksandr Makarov “Qruz200”-lə göndərildi. Ukrayna Silahlı Qüvvələrinin zabiti və bloger Anatoli Stefan sözlərinə görə, məhv edilmiş Makarov yuxarı komandanlıqda çalışıb. O, sosial sosial şəbəkələrdə qeyd edib ki, "Desant batalyonunun komandiri olan mayor Aleksandr Makarov uğurla "tərxis olundu", - Unian yazıb.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan hər iki tərəfdən xeyli sayda yüksək rütbəli hərbçi öldürülüb. Xüsusən də Rusiya generallarının ölümü ilə bağlı daha çox xəbərlər yayılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Zabit   Ukrayna  





Xəbər lenti