Çavuşoğlu Macarıstana gedəcək

Çavuşoğlu Macarıstana gedəcək
  30 Yanvar 2023    Oxunub:718
Macarıstan xarici işlər və ticarət nazir Peter Siyartonun dəvəti ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Budapeştə səfər edəcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yanvarın 31-ə planlaşdırılan səfər zamanı strateji tərəfdaşlıq, ikitərəfli münasibətlər, həmçinin Türkiyə-Avropa İttifaqı münasibətləri, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində nazir Çavuşoğlunun Macarıstanın Baş naziri Viktor Orban tərəfindən də qəbul ediləcəyi gözlənilir. Antalya Diplomatiya Forumu ilə Macarıstan Xarici Əlaqələr və Xarici Ticarət İnstitutunun birgə təşkil etdiyi paneldə nazir Çavuşoğlu da çıxış edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti