Partlayışda xəsarət alan əcnəbilərin son vəziyyəti

   Partlayışda xəsarət alan əcnəbilərin son vəziyyəti
  31 Yanvar 2023    Oxunub:630
Bakının Sabunçu qəsəbəsində baş vermiş partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb.
TƏBİB-dən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu qəsəbəsində baş vermiş partlayış nəticəsində xəsarət almış Pakistan vətəndaşları Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə qəbul olunublar:

"Hadisə zamanı evdə olan və bədən xəsarəti alanlardan 4-nün vəziyyəti orta ağırdı. Üzlərində, boyunlarında, əllərində, ayaqlarında 2-3-cü dərəcəli termiki yanıq diaqnozu ilə reanimasiya şöbəsində müalicələrini davam etdirirlər".

AzVision.az


Teqlər:





Xəbər lenti