Döyüşdə postdan qaçan erməni əsgərə cinayət işi açılıb

Döyüşdə postdan qaçan erməni əsgərə cinayət işi açılıb
  31 Yanvar 2023    Oxunub:1182
Ermənistanda sentyabr döyüşlərində səhlənkarlıq faktı ilə bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxslər arasında çağırışçı əsgərlər də var.
AzVision.az xəbər verir ki, bu barədə "Joğovurd" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, yeni ittiham N saylı hərbi hissənin əsgəri Manvel Muradyana qarşı irəli sürülüb. O, müəyyən vəzifələri yerinə yetirməkdən imtina etməkdə ittiham olunur.

Agent erməni hərbçi saxlanılıb - VİDEO
Qeyd olunur ki, Muradyan sentyabrın 13-dən ön cəbhədəki mövqelərdən birində döyüş növbətçiliyinə gətirilib. Əsgər altı gündən sonra icazəsiz mövqeyi tərk edib. Sentyabrın 21-də isə bu barədə hərbi polis xəbər yayıb.

Xatırladaq ki, bundan əvvəl İstintaq Komitəsinin nümayəndəsi Perç Ayvazyan məlumat yaymışdı ki, "Sentyabr iş"inə ümumilikdə 16 erməni əsgəri cəlb edilib. Onlardan 6-sı həbs edilib. İttihamlar əsasən döyüş zamanı xidməti vəzifələrini yerinə yetirməmək, xidmət yerinə vaxtında gəlməmək, hərbi xidmət qaydalarını pozma ilə bağlıdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Əsgər   Səhlənkarlıq  





Xəbər lenti