ABŞ Cənubi Koreyanı qorumaq üçün nüvə silahından istifadə etməyə hazırdır

   ABŞ Cənubi Koreyanı qorumaq üçün nüvə silahından istifadə etməyə hazırdır
  31 Yanvar 2023    Oxunub:685
ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin deyib ki, ABŞ Cənubi Koreyanı müdafiə etmək üçün adi və nüvə silahlarından istifadə edə bilər.
AzVision.az xəbər verir ki, Ostin bunu Cənubi Koreyanın milli müdafiə naziri Li Conq Sopla birgə mətbuat konfransı zamanı deyib. O qeyd edib ki, Cənubi Koreyanı qorumaq öhdəliyi sarsılmaz olaraq qalır.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar adi və nüvə silahları daxil olmaqla bütün hərbi imkanlarının tam spektrindən istifadəni nəzərdə tutan genişləndirilmiş çəkindirmə öhdəliyinə sadiqdir.

ABŞ müdafiə naziri qeyd edib ki, ötən il Koreya Xalq Demokratik Respublikası misli görünməmiş sayda təxribatlar törədib. Ostin bildirib ki, ABŞ və Cənubi Koreya regionda sabitliyi pozan bu təhlükəli hərəkətləri pisləyir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti