Ermənistanın silah baronu növbəti dəfə saxlanılıb

 Ermənistanın  silah baronu növbəti dəfə saxlanılıb
  31 Yanvar 2023    Oxunub:1094
Ermənistanın hüquq-mühafizə orqanları iş adamı, silah alverçisi kimi tanınan David Qalstyanı saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə onun vəkili Armen Andrikyan məlumat verib.

"Tonoyan işi" uzanır: "KQB zirzəmisi"ndə olan Qalstyanın səhhəti pisləşib
Onun bir gün əvvəl Milli Təhlükəsizlik Xidmətinə (MTX) gətirildiyi bildirilir. Eyni zamanda vəkil biznesmenin hansı iş üzrə növbəti dəfə müstəntiqlərin diqqət mərkəzinə düşdüyünü açıqlamayıb.

Andrikyan onu da bildirib ki, Qalstyanın həbsi ilə bağlı məhkəməyə vəsatət verilib.

Xatırladaq ki, Qalstyan son 2-3 il ərzində dəfələrlə həbs edilsə də, bir müddət sonra azadlığa buraxılıb. Hazırda onunla yanaşı keçmiş müdafiə naziri David Tonoyan silah-sursat təchizatında sui-istifadədə ittiham olunurlar. "Davo" ləqəbli David Qalstyan Müdafiə Nazirliyinin silah tədarükçüsü olub. Onların hər ikisi 2021-ci ilin sentyabrında həbs edilmişdi. Lakin Qalstyan 2022-ci ilin martında zaminə buraxıldı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Həbs   Silah  





Xəbər lenti