Britaniya "Brexit"ə görə hər il 124 milyard dollar itirir

   Britaniya "Brexit"ə görə hər il    124 milyard dollar itirir
  31 Yanvar 2023    Oxunub:628
“Böyük Britaniyanın Avropa İttifaqından çıxması (Brexit) hər il ölkə iqtisadiyyatına 100 milyard funt-sterlinq (124 milyard dollar - Red) ziyan vurur”.
Bu barədə Bloomberg məlumat yayıb. Agentliyin məlumatına görə, əgər ölkə Aİ-dən çıxmasaydı, Britaniyanın 2022-ci il üçün ÜDM-nin həcmi 4%-dən çox olardı. “Böyük Britaniya 2016-cı ildə Aİ-dən çıxmaq üçün səs verərkən özünə zərər verdimi? Bu günə qədər olan dəlillər bunun belə olduğunu göstərir”, - iqtisadçılar Ana Andrade və Dan Hanson bildiriblər.

“İndependent” qəzeti Londonda yerləşən “Centre for European Reform” (CER) araşdırma mərkəzinə istinadən xəbər verib ki, Britaniya 2022-ci ilin iyun ayına kimi Avropa İttifaqından çıxmaq qərarına görə 33 milyard funt sterlinq (41 milyard dollar - Red) itirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti