Türkiyə İsveçə sonuncu şans verdi

   Türkiyə İsveçə sonuncu şans verdi
  31 Yanvar 2023    Oxunub:789
Türkiyə hakimiyyəti Ankaranın tələblərini yerinə yetirməyənə qədər İsveç və Finlandiyanın NATO-ya daxil olmasına razı olmayacaq.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. “Tələblərimiz yerinə yetirilməyənə qədər onların NATO üzvlüyünə “hə” deyə bilmərik. Parlament hazırkı reallıqda bu protokolu ratifikasiya etmir. NATO-nun yaradılması ideyası bloka üzv ölkələrin təhlükəsizliyinin təmin edilməsinə əsaslanır”-, nazir vurğulayıb.

Çavuşoğlu qeyd edib ki, Türkiyə Stokholm öz öhdəliklərini yerinə yetirmək şərti ilə alyansa qoşulmaq üçün İsveçlə danışıqlara qayıtmağa hazırdır. Onun sözlərinə görə, Ankara hazırda Stokholmun NATO üzvlüyünə namizədliyindən daha çox Helsinkinin namizədliyinə müsbət yanaşır.

AzVision.az


Teqlər:





Xəbər lenti