Britaniya Ukraynaya qırıcı təyyarələr verməyəcək

   Britaniya Ukraynaya qırıcı təyyarələr verməyəcək
  31 Yanvar 2023    Oxunub:726
Britaniya hazırda Ukraynaya qırıcı təyyarələrin verilməsini yersiz hesab edir.
AzVision.az "Reuters istinadən xəbər verir ki, məlumatı Böyük Britaniyanın baş naziri Tişi Sunakın nümayəndəsi də təsdiqləyib.

“Hazırda Ukraynaya təyyarə göndərmək məsləhət deyil. Böyük Britaniya müttəfiqləri ilə Ukraynaya dəstəyi müzakirə etməyə davam edəcək”, - deyə baş nazirin sözçüsü əlavə edib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Ukraynaya təyyarələrin çatdırılmasının mümkünlüyünü etiraf edib.

Həmçinin, Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Oleksiy Reznikov Ukraynaya təyyarələrin gətirilməsi ilə bağlı müzakirələrin yaxın həftələrdə davam etdiriləcəyini bildirib. O, ümid edir ki, Avropa və Qərb tərəfdaşları ilə hərbi təyyarələrlə bağlı daha iki həftə davam edəcək müzakirələr “konkret vədlərə gətirib çıxaracaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti