"İran bizə dost və mühüm tərəfdaş olan ölkədir"- Qriqoryan

"İran bizə dost və mühüm tərəfdaş olan ölkədir"-    Qriqoryan
  31 Yanvar 2023    Oxunub:909
İran dost ölkədir və Ermənistanın mühüm tərəfdaşıdır.
AzVision.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Tehranda keçirilən Ermənistan-İran hökumətlərarası komissiyasının 17-ci iclasında əldə olunmuş razılaşmaların icrasına nəzarət üzrə komissiyanın iclasında deyib.

Qriqoryan bu formatda mütəmadi müzakirələrin aparılmasının vacibliyini vurğulayıb. O, həmçinin İranın vitse-prezidenti Seyid Məsud Mir Kazemini növbəti görüş üçün İrəvana dəvət edib.

Qeyd edilir ki, görüşdə iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişaf perspektivləri, o cümlədən enerji və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran   Ermənistan  





Xəbər lenti