Netanyahu İrana edilən dron hücumundan danışdı

   Netanyahu İrana edilən dron hücumundan danışdı
  01 Fevral 2023    Oxunub:812
İsrail İrandakı müəyyən silah hazırlanmalarına qarşı tədbirlər görür.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu “CNN”ə deyib. “Mən heç vaxt konkret əməliyyatlar barədə danışmıram və hər dəfə Yaxın Şərqdə bir partlayış olanda İsraili ittiham edir və ya üzərinə məsuliyyət qoyurlar – bəzən bizik, bəzən yox”.

Xatırladaq ki, yanvarın 29-da səhər saatlarında İran Müdafiə Nazirliyi ölkənin mərkəzində yerləşən İsfahan şəhərindəki hərbi zavoda “uğursuz” dron hücumunun olduğunu açıqlayıb. Bununla belə, sosial şəbəkədə yayılan görüntülərdə ölkənin müxtəlif şəhərlərində analoji hücumların olduğu ortaya çıxıb. Qeyri-rəsmi məlumata əsasən, hədəflərin mütləq əksəriyyəti Tehran hökumətinin dron istehsalı ilə əlaqəli olan sənaye obyektləri olub. Qeyd edək ki, hadisələr İsrailin Baş naziri Benyamin Netanyahunun Qüdsdəki terror hücumlarına dərhal cavab veriləcəyini bəyan etməsindən bir gün keçməmiş baş verib.

AzVision.az


Teqlər:





Xəbər lenti