Pilotlarımız şərti düşmən hədəflərini məhv etdi - FOTO

  Pilotlarımız şərti düşmən hədəflərini məhv etdi -    FOTO
  01 Fevral 2023    Oxunub:720
Azərbaycan pilotları Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində hava manevrlərini icra ediblər.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, təlimlər çərçivəsində pilotlar müxtəlif tapşırıqları yerinə yetiriblər. Məşqlər zamanı, həmçinin şərti hədəflər məhv edilib.



Qeyd edək ki, 17 ölkədən 1758 nəfərin iştirak etdiyi təlimlərdə həmçinin 651 nəqliyyat və 28 müxtəlif növdə 865 silahdan istifadə olunur. Hazırlıqlar mənfi 17 dərəcə hava şəraitində keçirilir.






AzVision.az


Teqlər:





Xəbər lenti