Deputatlar Tehrandakı terror qınadı, işçi qrupunun ləğvi təklif olundu

   Deputatlar Tehrandakı terror qınadı,    işçi qrupunun ləğvi təklif olundu
  01 Fevral 2023    Oxunub:591
Milli Məclisin (MM) yaz sessiyasının ilk plenar iclası başlayıb.
Parlamentin sədri Sahibə Qafarova yaz sessiyasını açıq elan edib. Sonra Dövlət himni səsləndirilib. İclasda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu şiddətlə qınayırıq. Onun sözlərinə görə, qanlı cinayətin törədilməsində əli olanların ən sərt şəkildə cəzalandırılmalıdır.

Deputat Elnur Allahverdiyev vurğulayıb ki, Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücum əvvəldən hazırlanıb: "Bu işdə İranın birbaşa məsuliyyəti var. Ümumilikdə Tehrandakı səfirliyinə edilən terror hücumu əsaslı şəkildə araşdırılmalı və məsələ ört-basdır edilməməlidir. Əgər İran müsəlman ölkəsi olaraq xalqın gözündən düşmək istəmirsə, mütləq şəkildə cinayətkar və onlara dəstək verənlər layiqli cəzasını tapmalıdır".

Deputat Kamran Bayramov isə qeyd edib ki, xain hücumun məqsədi dövlətimizə və onun diplomatlarına qarşı terror aktı idi: "Videogörüntülərdən aydın olur ki, yerli hüquq-mühafizə orqanları terror aktlarının qarşısının alınması, cinayətkarın zərərsizləşdirilməsi üçün sözün əsl mənasında heç nə etmədilər. Təsəvvür edin ki, bu ökənin ərazisində cinayətkarı polis deyil, xarici ölkə vətəndaşı zərərsizləşdirir. İranın aidiyyəti qurumlarının bu cür addımları və davranışı aparılacaq istintaqın obyektivliyinə, qərəzsizliyinə şübhələr yaradır".

Digər millət vəkili Elman Nəsirov Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun ləğvi təklif edib: "Tehrandakı səfirliyimizə hücum beynəlxalq terror əməlidir. Hədəf olaraq isə Azərbaycan dövləti, xalqı seçilib. Bu terrora cavab olaraq Azərbaycanın İrandakı səfiri geri çağırıldı. Milli Məclis də analoji addım atsın, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunu ləğv edək".

AzVision.az



Teqlər:





Xəbər lenti