Erməni deputat gileyləndi: "Bizi orduya buraxmırlar"

   Erməni deputat gileyləndi:    "Bizi orduya buraxmırlar"
  01 Fevral 2023    Oxunub:696
Ermənistan Müdafiə Nazirliyi “Hayastan” blokundan olan deputat Qeqam Manukyanın mərkəzi toplanış məntəqəsinə getməsinə icazə verməyib.
AzVision.az xəbər verir ki, radikal fikirləri ilə seçilən müxalif siyasətçi orduya qış çağırışının gedişi və şərtləri ilə tanış olmaq istəyirmiş.

İrəvandan rəsmi etiraf: "İran döyüşlərdə bizə kömək etdi"
Manukyanın parlamentin iclasında çıxışı zamanı deyib ki, o, yanvarın 18-də həmkarları Anna Qriqoryan və Argişti Gevorqyanla birgə mərkəzi toplaşma məntəqəsinə baş çəkmək xahişi ilə nazirliyə müraciət edib. Millət vəkilləri zabitlərlə, çağırışçılarla söhbətlər aparmaq, vəziyyəti yerində görmək, lazım gələrsə, qanunvericilik təşəbbüsü ilə çıxış etmək istəyiblər.

“Dünən isə Müdafiə Nazirliyindən cavab aldım ki, nazir indiki mərhələdə bizim proseslərdə iştirakımızı məqsədəuyğun hesab etmir”, - siyasətçi gileylənib. O xüsusi olaraq vurğulayıb ki, bu, Müdafiə Nazirliyinin əməkdaşlıqdan imtina etməsi ilə bağlı ikinci haldır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Ordu   İran  





Xəbər lenti