İrəvanda baş nazir və prezidentə silah verilməsi məsələsi tənzimlənəcək

İrəvanda baş nazir və prezidentə silah verilməsi məsələsi tənzimlənəcək
  01 Fevral 2023    Oxunub:883
Ermənistan hakimiyyəti xüsusi dövlət mühafizəsi altında olan şəxslərə silah verilməsi məsələsini tənzimləmək istəyir. AzVision.az xəbər verir ki, bununla bağlı Ermənistan Daxili İşlər Nazirliyinin təklif etdiyi layihə hüquqi aktların dərci üçün olan saytda yerləşdirilib.
Mövcud qanunvericiliyə əsasən (“Silah dövriyyəsinin tənzimlənməsi haqqında” 2022-ci ildə qəbul edilmiş qanun-red.) dövlət himayəsinə düşən şəxslərin polis tərəfindən təsdiq edildikdən sonra müəyyən növ xidməti silahları müvəqqəti almaq hüququ var.

Onlara silah və döyüş sursatı dövlət mühafizəsində olan şəxslərin müraciəti əsasında polis tərəfindən veriləcək.

Dövlət mühafizəsi altına alınan şəxsin səlahiyyətləri başa çatdıqdan sonra üç gün müddətində silah və sursat polisə qaytarılmalıdır.

Qeyd edək ki, dövlət mühafizəsi Ermənistan prezidenti, baş naziri və parlamentin sədrinə verilir.

Baş nazirin sərəncamı ilə digər dövlət vəzifəli şəxslərin, ictimai, siyasi, din xadimlərinin dövlət mühafizəsi təmin edilə bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Silah  





Xəbər lenti