Məşhur ukraynalı oliqarxın evində axtarışlar aparılıb

   Məşhur ukraynalı oliqarxın evində axtarışlar aparılıb
  01 Fevral 2023    Oxunub:591
Ukrayna Təhlükəsizlik Xidməti və İqtisadi Təhlükəsizlik Bürosu səhər saatlarında oliqarx İqor Kolomoyskinin evində axtarışlar aparıb.
AzVision.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, araşdırmalar "Ukrtatnafta" və "Ukrnafta" ilə bağlı maxinasiyalarla bağlıdır. Söhbət 40 milyard qrivna dəyərində neft məhsullarının israf edilməsindən və gömrük ödənişlərindən yayınmasından gedir.

Xatırladaq ki, ötən ilin sentyabr ayında da Kolomoyskinin evində axtarışlar aparılmışdı. Onun evinə Milli Antikorrupsiya Bürosunun detektivləri gözlənilmədən gəlmişdilər. Həmin vaxt axtarışlar "Ukrnafta" şirkətinin 13 milyard qriven dəyərində əmlakının və vəsaitlərinin ələ keçirilməsi işi ilə bağlı idi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Oliqarx  





Xəbər lenti