Erməni saytı İrəvanı ifşa etdi: "Xankəndidə naringi də satılır, yerkökü də"

      Erməni saytı İrəvanı ifşa etdi:    "Xankəndidə naringi də satılır, yerkökü də"
  01 Fevral 2023    Oxunub:1046
Xankəndi şəhərinin mərkəzi bazarında və meyvə-tərəvəz mağazalarında portağal və naringi satılır. Yerkökü satışı prosesi isə daha əvvəl başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə "Mamul" saytı məlumat yayıb. Nəşr separatçıların qondarma "Dövlət Xidmətlərinin Tənzimlənməsi və İqtisadi Rəqabət üzrə Dövlət Komissiyası" adlı qurumuna istinad edib.

Separatçılar sovetin “kartoçka” sisteminə keçdilər
Bildirilir ki, bu mövsümi kənd təsərrüfatı məhsulları ilə bağlı heç bir problem yaşanmır. Meyvələrin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan regionlarında geniş yayılması istiqamətində işlər aparılır. Yuxarıda göstərilən sitrus bitkilərinin maksimum satış qiymətləri və bir istehlakçıya düşən alışın miqdarı isə xüsusi cədvəllə təqdim olunub.

Qeyd edək ki, İrəvan beynəlxalq aləmə car çəkərək guya Xankəndi və digər Azərbaycan rayonlarında böhran yaşandığını, ermənilərin qıtlıq, aclıqla üz-üzə qaldıqlarını iddia edir. Bu dezinformasiyaları isə elə qondarma rejim və erməni mediası ifşa etmiş oldu. Mövzümi meyvələrin dəhlizdə məlum aksiyalar başlayandan sonra Xankəndiyə necə yol açması bir daha onu göstərir ki, Laçın yolu humanitar məqsədlər üçün daim açıqdır.

Tural Tağıyev

AzVision.az



Teqlər:   Xankəndi   Bazar  





Xəbər lenti