BMT QAK-ın nümayəndəsi Azərbaycandakı missiyasını başa vurub

BMT QAK-ın nümayəndəsi Azərbaycandakı missiyasını başa vurub
  01 Fevral 2023    Oxunub:545
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) nümayəndəsi Quido Ambroso Azərbaycandakı missiyasını başa vurub.
AzVision.az xəbər verir ki, bu barədə Komissarlığın Azərbaycan nümayəndəliyindən məlumat verilib.

"Bu dörd il yarım ərzində o, qaçqınların, sığınacaq axtaranların, məcburi köçkünlərin və vətəndaşlığı olmayan şəxslərin müdafiəsinə tam sadiqlik nümayiş etdirib", - məlumatda deyilir.

Xatırladaq ki, o, 2018-ci ilin iyul ayından bu vəzifəni icra edir. Ümumilikdə, Quido Ambroso BMT-də 30 ildən çox çalışıb.

AzVision.az


Teqlər:





Xəbər lenti