Bu il yeni doğulan uşaqlara ən çox qoyulan adlar

   Bu il yeni doğulan uşaqlara ən çox qoyulan adlar
  03 Fevral 2023    Oxunub:769
Bu ilin yanvarında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb.
AzVision.az Ədliyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, 2023-cü ildə doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub. Bu ad 68 uşağa verilib. Oğlan adlarında sonrakı yerləri Uğur (66), Əli (65), Hüseyn (44), Ömər (40), Məhəmməd (38), Raul (35), Murad (34), Adəm (30) və Ayxan (26) tutur.

Bu il qız uşaqlarına ən çox Zəhra adı verilib (71). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (43), Mələk (42), Nilay (41), Məryəm (37), İnci (37), Aylin (35), (Ayla 33), Fatimə (30) və Melisadır (27).

Son beş ildə də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq Zəhra və Yusif adları verilib. Son beş ildə 7954 qız uşağına Zəhra, 7746 uşağa isə Yusif adı qoyulub.

Qeyd edək ki, il ərzində yeni doğulan uşaqlara verilən adlarla bağlı məlumat Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər sırasında “Azərbaycan adları barədə məlumat” bölməsində yerləşdirilib. Vətəndaşlar bu elektron xidmətdən istifadə edərək yeni doğulmuş uşaqlara ad verərkən həmin adın axtarışı, mənası, şərhi, onunla bağlı statistik məlumat əldə edə bilərlər. Ədliyyə Nazirliyinin elektron xidmətlərindən qurumun rəsmi internet saytı (https://exidmet.justice.gov.az:8284/VVA/Names) və ya “Elektron hökumət” portalı vasitəsilə yararlanmaq mümkündür.

AzVision.az



Teqlər:





Xəbər lenti